Ayın 15-dən binaların qızdırılmasına başlanacaq

Bakıda binaların qızdıqırlmasına noyabrın 15-dən başlanacaq.

Bu barədə «APA-ECONOMICS»ə ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə bu il 216 yaşayış binası, 23 məktəb, 16 uşaq bağçası və 20 səhiyyə obyektlərində istilik təchizatının bərpası üzrə işlər aparılıb, yeni qazanxanalar tikilib, köhnələri isə təmir olunaraq modernləşdirilib.

Rafiq Əliyev qeyd edib ki, görülən hazırlıq işləri 346 qazanxana və 125 istilik məntəqəsinin fasiləsiz işləməsinə şərait yaradacaq ki, bu da Bakıda 187 məktəb,

150 uşaq bağçası, 83 səhiyyə obyekti və 218 digər sosial obyektin istiliklə təmin olunmasına imkan yaradacaq.
nəzərdə tutulur.

Bakıda istiliklə təmin olunan yaşayış binalarının sayı isə 2303-ə çatdırılacaq.

Bununla damərkəzi istilik sisteminə qoşulan binaların 72 faizi istiliklə təmin olunacaq.