Fransa səfirliyinə də partlayıcı bağlama göndərilib

Yunanıstan polisi bu gün Afinadakı Fransa səfirliyinə göndərilmiş partlayıcı bağlamanı zərərsizləşdirib.

Polis ümumiyyətlə 10-dan çox belə bağlama aşkar edildiyini deyir.

Qeyd edək ki, bu həftə Yunanıstandakı bir sıra xarici səfirliklərə partlayıcı bağlamalar göndərilib.

İsveçrə və Rusiya səfirliklərində partlayış baş versə də xəsarət alan olmayıb.

Hökumət hesab edir ki, bunun arxasında ölkədəki solçu qüvvələr durur.