Şəxsi təyyarə qəzaya uğrayıb

Pakistanın Karaçi şəhərində yenicə havaya qalxan şəxsi təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində həmin vaxt 20 nəfərin olduğu bildirilir. İlkin məlumatlara görə, sərnişinlərin hamısı ölüb.

Yerli rəsmilərə istinadla informasiya agentlikləri bildirir ki, təyyarə havaya qalxar-qalxmaz pilotlar aeroport dispetçerinə təyyarənin mühərrikində problem olduğunu deyib və enmək üçün icazə istəyiblər.