Hərbçilərin cəsədi ekspertizadan sonra ailələrinə veriləcək

Mübariz İbrahimovla Fərid Əhmədovun cəsədləri tibbi ekspertizadan keçirildikdən sonra ailələrinə veriləcək.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.

Agentliyin məlumatına görə, Mübariz İbrahimovun meyiti tanınmaz halda olub.

Fərid Əhmədovun meyiti isə qismən tanınıb.