Müdafiə Nazirliyində Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi keçirilir.
Hər iki hərbçinin meyiti bu gün saat 12-də morqdan götürülərək “Təzə Pir” məscidinə aparılıb və meyitlər orada dini adət-ənənə ilə dəfnə hazırlandıqdan sonra Müdafiə Nazirliyinə gətirilib.
Mərasimdə hərbçilərlə yanaşı, xeyli sayda mülki şəxs də iştirak edir.
Vida mərasimində prezident İlham Əliyevin də iştirakı gözlənilir.
Hərbçilərin II Şəhidlər xiyabanında dəfn olunacaqları bildirilir.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində qarşı tərəfin hücumunu dəf edərkən həlak olublar.
Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Onların cəsədləri noyabrın 6-da Azərbaycana qaytarılıb.