Döyülmüş jurnalist özünə gəlib

Ötən şənbə günü Moskvada amansızcasına döyülmüş jurnalist Oleq Kaşin özünə gəlib.

Amma o, hələlik danışa bilmir.

36-cı klinikadan verilən məlumata görə, jurnalistin böyrəkləri hələ ki, aparata qoşuludu.

Bu gün Moskva və ölkənin digər şəhərlərində jurnalistin müdafiəsi məqsədilə aksiyalar keçiriləcək.