Erməni birləşmələri Ağdam istiqamətində hərbi təlim keçirir

Erməni birləşmələri işğal altında olan Ağdam rayonu istiqamətində hərbi təlimlər keçirir.

ANS-in məlumatına görə, partlayış səslərindən ehtimal olunur ki, təlimdə ağır artilleriya və zirehli texnikalardan istifadə edilir.

Yerli sakinlər qarşı tərəfdə hərbi helikopterlərin uçuşunu da müşahidə ediblər.