Daily Telegraph
33 yaş ailə və iş həyatı ilə bağlı insanın ən çox vaxtını alan yaş dövrüdür. Çoxlu iş, ailə məsuliyyəti məhz bu yaş dövründə adamın yaxasından yapışır. Hər halda, mütəxəssislər belə qənaətə gəlib.
Hotmail-in apardığı araşdırmaya görə, 33 yaşda görülməli o qədər iş var ki, bilmirsən hansının dalınca qaçasan. Yuxu saatları da məhz bu yaşda azalır.
Araşdırmada iştirak edən 33 yaşlı şəxslərin üçündən biri gün ərzində ortalama sadəcə 5 saat yata bildiklərini deyib. Üçdə ikisi isə həftədə vaxtının 38 saatdan çoxunu iş yerində keçirir.
100 nəfərdən 6 adam isə bildirib ki, hər şeyə vaxt ayırmaq üçün iş və ailə ilə bağlı görüşlərini gündə azı iki dəfə planlaşdırmaq məcburiyyətində qalırlar. Ancaq işlə ailə çox vaxt bir-birinə qarşı olur. Bu vəziyyətdə 33 yaşındakılara sevdikləri bir işi görmək üçün sadəcə 1 saat vaxtları qalır.
Araşdırmada iştirak edən hər beş nəfərdən biri işlərinin çox olduğuna görə iş otağından çölə çıxıb başqaları ilə ünsiyyətə vaxt ayıra bilmədiklərini deyiblər. 100 nəfərdən 56-sı deyib ki, tez-tez yarımçıq qalmış işlərini də evə gətirib bu işləri evdə görməli olurlar.
Araşdırmada iştirak edən 33 yaşındakı qadınların 90-ı isə bildirib ki, onlar eyni yaşda olan kişilərdən daha çox işləyirlər. Qadınlar ailə qurandan sonra işləri daha çox artır. Karyerada irəliləmək bu yaşda onlar üçün elə də asan olmur.
Ancaq həyatın asanlaşdığı yaş da var. Həmişə belə qaçdı-qovduda olmayacaqsınız. Nəhayət ki, sizin də əl-ayağınızı rahat uzadıb dincəlmək yaşınız gələcək. Araşdırma bu yaşın 55 olduğunu müəyyən edib. Bu yaşda artıq karyeranızda kifayət qədər irəliləmisiniz, uşaqlarınız da öz başının çarəsinə baxacaq yaşa gəlib. Bu yaşda adam hər gün ortalama 1 saat 23 dəqiqə ancaq özünə ayıra bilir. İşdən evə yarımçıq qalmış işləri gətirmək isə bu yaşda ya çox az olur, ya da heç olmur.
Tərcümə etdi: Kəbiran Dilavərli