Diplomat 2 il girovluqdan sonra azad edildi

İki il idi ki, Pakistanda girovluqda olan əfqanıstanlı diplomat azad olunub.

Bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyi xəbər verir.

Nazirliyin məlumatına görə, Abdul Xaliq Fərəhi şənbə günü azad olunub.

Hələlik bu barədə ətraflı məlumat verilməyib.

Pakistanın Pişəvar şəhərində Əfqanıstanın baş konsulu olan Fərəhi 2008-ci ilin sonunda Əfqanıstanın İslamabaddakı səfiri vəzifəsinə təyin edilməliydi.

Amma diplomat elə həmin ilin sentyabrında yaraqlılar tərəfindən girov götürüldü.

Məlumatlara görə Fərəhi artıq vətənə dönüb və prezident Həmid Kərzai ilə görüşüb.