Dünya liderləri ticarəti liberallaşdırmaq razılığına gəliblər

Asiya Sakit-Okean İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Yaponiyada keçirilən sammitində, iştirakçılar ticarətin liberallaşdırılması və himayəçiliyə son qoyulması istiqamətində əməkdaşlıq etmək razılığına gəliblər.

Qeyd edək ki, Yaponiyanın Yokohama şəhərində keçirilən müzakirələrdə 21 ölkənin lideri iştirak edib.
Sammit artıq başa çatıb.