Rusiya prezidenti Bakıya gəlir

Noyabrın 18-də Rusiya prezidenti Dmitri Medvedev Bakıya gələcək. Onun Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edəcəyi bildirilir.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Zirvə toplantısına 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərləri qatılacaq.

Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir.

Dövlət başçılarının sonda Bəyannamə imzalayacaqları bildirilir.