Beynəlxalq qüvvələrin Əfqanıstandakı baş komandanı amerikalı general Devid Petreus Əfqanıstan prezidentinin bəzi fikirlərindən narazı qalıb.
«Washington Post» qəzetinin yazdığına görə, Petreus Kərzayinin hərbi əməliyyatları azaltmaqla bağlı çağırışlarından «kədərləndiyini və təəssüfləndiyini» deyib.
Əfqanıstan prezidenti bazar günü dərc olunan müsahibəsində bildirib ki, ABŞ qoşunları və onun müttəfiqləri öz fəallığını azaltmalı, o cümlədən əfqan evlərinə gecə reydlərini dayandırmalıdır.
General Devid Petreusun fikrincə, Kərzayinin mövqeyi Talibana qarşı əməliyyatların uğurlu keçməsinə təhlükəlidir.