Merkel təzədən sədr seçilib

Almaniya Kansleri Angela Merkel noyabrın 15-də 90.4 faiz səslə yenidən mühafizəkar Xristian Demokrat Partiyasının sədri seçilib. Bununla da o, beşinci dəfədir ki, həmin partiyanın lideri seçilir. Amma partiyada sədrlik müddəti iki ildir.

Xristian Demokrat Partiyası 2009-cu ildə keçirilən parlament seçkisində 33.8 faiz səslə qalib gəlib. Amma son sorğulara görə partiyanın nüfuzu 31 faizə düşüb.
2000-ci ildə həmin partiyaya rəhbərlik edən Merkel 2005-ci ildə Almaniya kansleridir.