Xəzəryanı dövlət başçılarının sammitində 2 sənəd imzalanacaq

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində prezidentlərə imzalamaq üçün iki sənəd təqdim olunacaq. Turkmenistan.ru saytının verdiyi məlumata görə, Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Qolovin belə deyib.

Qolovinin sözlərinə görə, sənədlərdən biri təhlükəsizlik haqqında saziş, digəri isə birgə bəyanatdır. Xəzərin hüquqi statusuyla bağlı Konvensiya üzərində iş isə hələ davam edir.

Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü sammiti noyabrın 18-də Bakıda keçiriləcək. Rusiya, İran və Qazaxstan prezidentləri sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.