Çin vətəndaşı zavodda öldü


Azərbaycanda əcnəbi vətəndaş çalışdığı zavodda ölüb. Bu barədə APA-ya Qaradağ rayon Prokurorluğundan bildirilib.

Hadisə Qaradağ Sement Zavodunda qeydə alınıb. Orada fəhlə işləyən Çin vətəndaşı, 1967-ci il təvəllüdlü Quan Zehen Yequan ölüb.

Faktla bağlı araşdırma aparılır.