İlham Əliyev və Nursultan Nazarbayev görüşüb

Noyabrın 18-də Bakıda Azərbaycan və Qazaxıstan və prezidentləri İlham Əliyev ilə Nursultan Nazarbayev arasında görüş keçirilib.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüşdə ikitərəfli, o cümlədən iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edilib.

N.Nazarbayev Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə toplantısında iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.