Bir ildən sonra Xəzərin statusu ilə bağlı sənəd imzalana bilər

“Xəzərin hüquqi statusuna dair Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının bir il sonra Rusiyada keçiriləcək zirvə görüşündə imzalana bilər”.

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Dmitri Medvedyev xəzəryanı ölkələrin Bakıda keçirilən zirvə toplantısının yekunlarına həsr olunmuş brifinqdə deyib.

Medvedev qeyd edib ki, dövlət başçıları müxtəlif məsələlər, o cümlədən dənizin delimitasiyasını müzakirə ediblər və mənə elə gəlir ki, biz bu məsələdə razılığa bilmişik.

Bütün tərəfləri Rusiyaya dəvət edən Medvedev bu görüşdə məsələyə nöqtə qoyulacağına ümidlə yanaşdığını bildirib.