Lissabonda NATO sammiti keçirilir

Noyabrın 19-da Lissabonda NATO sammiti açılır. Əsas müzakirə mövzusu NATO qoşunlarının Əfqanıstandan çıxarılma strategiyasının hazırlanması və təhlükəsizliyə nəzarəti ölkə rəhbərliyinə ötürülməsidir.

Bu məqsədlərin 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulur. Ancaq Pentaqon rəsmisi Ceff Morrel noyabrın 18-də bildirib ki, beynəlxalq qüvvələrin bir hissəsi 2014-cü ildən sonra da Əfqanıstanda qala bilər.

Sammit iştirakçılarının NATO və Rusiya arasında münasibətləri gücləndirmək yollarını da müzakirə edəcəyi gözlənilir. İki günlük forumda Rusiya prezidenti Dmitri Medvedev də iştirak edəcək.