Avstriya məhkəməsi Kadırovu dindirmək istəyir

Noyabrın 19-da Avstriyada çeçen disidentin qətlini araşdıran hakim video konfrans vasitəsilə Çeçenistanın prezidenti Ramzan Kadırovu dindirmək istədiyini bildirib. Kadırovun mühafizə xidmətinin keçmiş əməkdaşı olan Umar İsrailov sonradan qaçıb Avstriyada siyasi sığınacaq istəyib. 2009-cu ilin yanvarında isə Vyanda qətlə yetirilib.

Bu cinayətə görə üç nəfər məhkəməyə çıxarılıb. Amma Umar İsrailovu birbaşa qətlə yetirdiyi guman edilən adamı hələ tutmaq mümkün olmayıb.

Avstriya polisi Kadırovu ittiham edir ki, Umar İsrailovu qaçırıb Çeçenistana qaytarmaq göstərişi verib. Amma sifarişi yerinə yetirənlər səhvən onu öldürüblər.