Rumıniya bir xalqa ad fikirlərşir

Rumıniya hakimiyyəti bir etnik qrupun “cibsi” (qaraçı), yoxsa, “roma”lar adlandırılması üstündə diskusiyalara başlayıb. Liberal Demokrat Partiyasından deputat Silviu Priqoana onların rəsmən “qaraçı” adlandırılmasını təklif edib. Arqumenti də budur ki, “roma” sözü “rumıliyalı” sözünə çox yaxın olduğundan çaş-başlıq yarada bilər.

Amma insan haqları fəalları “qaraçı” sözünün mənfi təsəvvürlər yaratdığını deyirlər.

Roma Milli Agentliyi də hökuməti məsələni bu həftə müzakirəyə çıxaracağını təsdiqləyib. Agentlik bu etnik qrupun roma adlandırılmasının vacib olduğunu bildirib.

Hökumətin mətbuat xidmətində bu mövzuda suallara cavab verməkdən imtina ediblər.

Rumıniyada təxmini hesablamalara görə 1.5 milyon roma yaşayır.