Ban Ki-Mun: "Kiprin birləşməsi üçün fikir ayrılıqları hələ çox ciddir"

BMT-nin baş katibi Ban Ki-Mun bildirir ki, hələ də Kiprin yunan və türk rəhbərliyi arasında ikiyə bölünmüş adanın necə birləşdirilməsinə dair ciddi fikir ayrılıqları qalır.

Baş Katib noyabrın 18-də New Yorkda adanın yunan tərəfinin lideri Demetris Christofias və tür tərəfinin lideri Derviş Eroğlu ilə görüşüb. Ban Ki-Mun onlarla gələn il yanvarın sonunda Cenevrədə bir də görüşəcəyini bildirib.

Ada 1974-cü ildə yunanların üsyanına görə Türkiyənin hərbi müdaxiləsi ilə ikiyə bölünüb.