Avropa Şurasının baş katibi Tyornborq Yanqland iki blogerin azadlığa buraxılması ilə bəyanatla çıxış edib.
“Mən, bloger və gənc fəal Emin Millinin (Abdullayev) həbsxanadan buraxılmasından məmnunam. Adnan Hacızadənin azadlığa buraxılmasından dərhal sonra Eminin azadlığa buraxılması İnsan Haqları haqqında Avropa Konvensiyası tərəfindən müdafiə olunan əsas hüquqlardan biri olan söz azadlığının Azərbaycanda təmin olunmasında maraqlı olan hər kəs tərəfindən alqışlanır. Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun olaraq Eynulla Fətullayevi də azad etsəydi, bu müsbət proseslər daha da böyük əhəmiyyət kəsb edərdi”, - bəyanatda vurğulanır