Sankt-Peterburqda keçirilən konfransda ekspertlər bildiriblər ki, əgər mühafizə tədbirləri görülməsə qarşıdakı 12 ilə pələnglərin nəsli kəsilə bilər. On illərlə davam etmiş qanunsuz ov və təbii şəraitin dağıdılması nəticəsində keçən əsrdə sayı 100 000 olan vəhşi pələngdən bugünə cəmi 3 200-ü qalıb.
Dünya Təbiət Fondunun direktoru Ceyms Leape konfransda çıxışında deyib ki, zəruri mühafizə tədbirləri görülməsə 2022-ci ildə daha dünyada vəhşi pələng qalmayacaq.
Dünya Bankının hesablamalarına görə pəlnəgləri xilas etmək üçün qarşıdakı beş ildə 350 milyon dollar pula ehtiyac var.
Noyabrın 18-də keçirilmiş konfransda vəhşi pələnglərin hələ də mövcud olduğu 13 ölkənin təmsilçiləri iştirak ediblər. Bunla Banqladeş, Butan, Kaboca, Çin, Hindistan, İndoneziya, Laos, Malayziya, Myanma (keçmiş Birma), Nepal, Rusiya, Tailand və Vyetnamdır.