Ötən həftə Bakıda ilk beynəlxalq teatr konfransı başa çatdı. Konfrans nə ilə yadda qaldı? Bu beynəlxalq tədbirə gənc teatrşünasın gözü ilə baxmağa qərar verdik. Beləliklə, AzadlıqRadiosunun “İz” proqramının bu dəfəki qonağı teatrşünas Sevda Babayevadır.
- Sevda xanım, Bakıda ilk beynəlxalq teatr konfransı keçirildi. Məncə, sevinməyə dəyərdi?
- Belə demək olar…
NAZİRLİYİN ƏMƏYİNİ DANMAQ OLMAZ!
- Necə keçdi beynəlxalq səviyyəli tədbir?
- Əgər ümumi mənzərədən danışırıqsa, mənim üçün şəxsən əla olmasa da, qənaətbəxş oldu. 3 gün davam etdi. Dünyanın 30 ölkəsindən 70-ə qədər nümayəndə gəlmişdi. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin əməyini danmaq olmaz. XXI əsrdə dünya teatrının inkişafı barədə məruzələr dinlənildi, görüşlər keçirildi. Maraqlı insanlarla, dünya teatr prosesində baş verən hadisələrlə, yeni cərəyanlarla qiyabi də olsa tanış olduq.
- Üç gün yetdimi bütün bunlara?
- Yox, əlbəttə, könül istərdi ki, bir az da davam etsin. Ən azından tanışlıq üçün müəyyən bir zaman lazım idi. Dediyim kimi, orda dünya teatrlarından nümayəndələr, maraqlı adamlar var idi. Yeni teatrların fəaliyyəti ilə tanış olduq. Çox istərdim ki, onların tamaşalarını da görə biləydim. Tədbirin iki ildən bir keçirilməsi nəzərdə tutulub. İnşallah, növbəti dəfə nəzərə alınar.
DÜNYA TEATRININ VARLIĞINDAN XƏBƏR TUTDUM
- Sevda xanım, konfransdan sonra dünya teatrlarının durumu ilə bağlı hansı nəticəyə gəldiniz? Nələr elə bildiyiniz kimi idi, nələr şaşırtdı?
- Mənim üçün bu konfransın əhəmiyyəti onda idi ki, bilmədiklərimi bildim. Dünya teatrını gördüm deməsəm də, ən azından varlığından xəbərdar oldum. Yeni tanışlıqlar, fikir mübadilələri və onların fonunda öz milli teatrımıza baxış imkanı yarandı. Çatışmazlıqlarımızı gördüm, üstünlüklərimizi bildim. Yeni əlaqələr yarandı. Amma bu hələ tam, mükəmməl tanışlıq deyildi. Yəqin davamı olar.
- Sualı azca dəyişim. Konfransdan hansı fikirlə çıxdınız - dünya teatrı optimist durumdadır, yoxsa pessimist?
- Dediyim kimi, üstünlüklərimizi, çatışmazlıqlarımızı gördüm. Məsələn, mənim üçün qürurverici idi ki, aparıcı ölkələrin ali məktəblərində teatrşünaslıq tədris olunmur. İndiyəcən elə bilirdim ki, təkcə Türkiyədə belədir. Məsələn, orda teatrşünaslıqla ədəbiyyatçılar məşğul olur. Bizdə belə bir dövr çox-çox uzun illər öncəyə gedib çıxır. Mişel Vays adlı bir mütəxəssis gəlmişdi, onu teatrşünasların “xaç atası” adlandırırlar. O dedi ki, Kanadada da teatr tənqidçiləri bu sahəyə jurnalistikadan gəlirlər. Amma başa düşdüm ki, nəzəriyyə yüksək səviyyədə olmasa da, onların teatrlarında sayılıb-seçilən tamaşalar var.
FRANSADA TEATR AÇIB
Fransadan Ali İhsan Kaleçi adlı olduqca maraqlı bir insanla tanış oldum. Orda özünün teatrı var. Türkiyədən gəlib Fransada teatr açıb! Teatrı da Fransada sayılan teatrlardandır. O da söylədi ki, Fransada teatrşünaslıq üzrə təhsil yoxdur. Tamaşa göstərilir, jurnalist tamaşa ilə bağlı mətbuatdan hər şeyi toplayır, öyrənir və sonda müəyyən qənaətə gəlir. Yəni. bunlara baxanda, sevindim ki, bizdə yüksək səviyyədə olmasa da, bu sahə var. Ən azından, bütün teatr cərəyanları öyrədilir. Düzdür, təhsilimiz modernləşdirilməlidir. Bu başqa bir söhbətin mövzusudur.
- Biz verilişlərimizdə konfransla bağlı xəbərlər verirdik. Bildiyim qədər konfransda ustad dərsləri də keçirildi.
- Keçirildi və mən özüm də o ustad dərslərində iştirak etdim. Bizim üçün yeni olan nəsnələr, hərəkətlər və s. xarici ölkədə tədris olunan bir şeydir. Bizdə bu nəzəri baxımdan var. Ancaq reallaşdırılması təhsilin neqativ tərəfinə söykənir. Mənim üçün hip-hop teatrı ilə tanışlıq çox maraqlı oldu. Hip-hopu küçə musiqisi kimi tanıyırdıq. Sən demə, onun üstündə çox gözəl bir tamaşa qurmaq olarmış! Bayaq adını çəkdiyim Ali İhsan Kaleçinin çox fərqli bir teatr düşüncəsi olduğunu gördüm. Ustad dərslərində Terri Devidsonun (ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri-S.İ.) iştirakı diqqətimi çəkdi. Azərpaşa Nemətin (Teatr Xadimləri İttifaqının sədri-S.İ.) hip-hop üslubunda oxuması xoşuma gəldi. Kaprizli qonaqlar da var idi. Nə istədiyini bilməyənlər də. Verilən suallardan yayınanlar da oldu. Amma bəzilərinin uyuşmazlığına görə, tədbirin əhəmiyyətini azaltmaq fikrindən də uzağam.
100 İLDƏN QALMA “LEYLİ-MƏCNUN”?!
- Yəqin ki, gələn qonaqlar teatrımızla maraqlandılar?
- Çox təəssüf ki, biz onları tamaşalarımızla heyrətləndirə bilmədik. 3 tamaşaya baxdılar. “Leyli və Məcnun”a və Pantomim Teatrının “Maska” tamaşasına baxdılar. Bir də “Yuğ” teatrında Çexovun “Albalı bağı” tamaşasını gördülər. İki tamaşaya münasibət mənfi oldu.. “Maska”ya baxmaqları bir az qəribə oldu. Hər halda heyrətləndirə bilsəydik qonaqlar arasında nə yatan olardı, nə söhbətləşən, nə də vurnuxan…”Leyli-Məcnun” da isə gülməli hal oldu. Tamaşaya baxanlar növbəti seminar zamanı “super”, “fantastika” kəlmələrini işlətdilər. Amma öz aralarındakı söhbətdə bizim “Leyli-Məcnun”umuzu “100 ildən qalma”, “muzeylik sənət əsəri”, “ən primitiv folklor nümunəsi”, “aşağı səviyyəli tamaşa” adlandırdılar…
ROBERT STURUA YUXULAYANDA…
- Bütün bunları öz qulağınızla eşitdiniz?
- Bəli. Sözün düzü, belə münasibət məni heyrətləndirdi. Təbii ki, onların bəyənməmək ixtiyarı var idi. Məni qıcıqlandıran onların qeyri-səmimiliyi oldu. Konfransdan 10-15 gün öncə mən Tbilisidə Robert Sturua (Ş.Rustaveli adına teatrın baş rejissoru-S.İ.) ilə görüşmüşdüm, müsahibə almışdım. O mənə dedi ki, tamaşa mənə maraqlı olmalıdır, orda darıxmamalıyam. Necə qoyursan-qoy, amma məni darıxdırma! Və mən o tədbirdə Robert Sturuanın “Maska” tamaşasında yuxladığını görəndə…artıq “No comment” dedim.
- Məşədi İbad demişkən, bizim şah əsərimizin nəyi dünyanın teatr adamlarının xoşuna gəlmədi?
- Elə isə Ali İhsan Kaleçi nədən Füzulinin kitablarını toplayıb yaşadığı ölkəyə apardı?
- Sevda Babayeva qonaqların “Leyli-Məcnun”a münasibətinə hansı yöndən haqq qazandırdı?
- “Yuğ” teatrının tamaşası necə qarşılandı?
- Sevda Babayeva nədən Azərbaycan tetrında yenilənmənin təkcə teatrların təmiri ilə yekunlaşmayacağına ümid etdiyini bildirdi? Daha nə istədi?