Lukaşenkonun istefası tələbi ilə mitinq keçirilib

Belarus müxalifəti Minskdə prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə icazəsiz aksiya keçirib.

İnterfaksın məlumatına görə, oktyabr meydanında keçirilən mitinqə minə yaxın adam yığışıb.

Bundan sonra aksiyaçılar “Saşa get” şüarı ilə Mərkəzi Seşki Komissiyasının binasına doğru gediblər.

Dekabrın 19-da Belarusda prezident seçkiləridir.