Piter Semnebi yenidən Azərbaycana gəlib

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana gəlib.

APA-nın məlumatına görə, o, hakimiyyət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Görüşlərdə əsasən parlament seçkilərindən sonrakı vəziyyət müzakirə olunacaq.

Piter Semnebi ötən həftə də Azərbaycanda olub, azadlığa buraxılmış bloqgerlər Emin Milli və Adnan Hacızadə, habelə Azərbaycandakı xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşüb.