Portuqaliya da “kəmərlərini sıxır”

Portuqaliya parlamenti noyabrın 26-da büdcənin qənaət planını təsdiq edib. Plana görə qarşıdakı ildə vergilər artırılacaq, büdcədən verilən əməkhaqları və müavinətlər azaldılacaq.

Hökumət bununla ölkənin maliyyə sisteminə inamı artırmaq və iqtisadi fəallığı həvəsləndirmək istədiyini bildirir.

Portuqaliyanın yüksək borc və aşağı inkişaf problemi sərmayəçiləri ehtiyatlı davranmağa məcbur edir. Bu da Yunanıstan və İralndiyanın ardınca Avropa Birliyinin daha bir ölkəsinə - Portuqaliyaya da maliyyə yardım ehtiyacı yaranacağı barədə narahatlıq yaradır.