Brüsseldə İrlandiyaya maliyyə yardımı müzakirə olunur

Avropa Birliyi ölkələrinin maliyyə nazirləri Brüsseldə İrlandiyaya veriləcək təcili maliyyə yardımının yekun şərtlərini müzakirə edirlər.

Fransanın maliyyə naziri Kristin Laqard demək olar ki, razılaşmanın əldə olunduğunu deyir.

Amma faiz məsələsinin hələ ki, müəyyən edilmədiyi bildirilir.

Şənbə günü Dublində hökumətin büdcə xərclərini azaltmaq planına qarşı 50 minlik nümayiş keçirilib.

Qeyd edək ki, İrlandiyada ciddi maliyyə böhranı yaranıb.