Partlayışa görə məhkəmə təxirə salınıb

Bu gün səhər Qırğızıstanın paytaxtı Bişkekdə partlayış olub.

Partlayış sabiq prezident Bakiyevin tərəfdarları və qohumlarının məhkəməsinin keçirildiyi binanın yaxınlığında törədilib. Partlayışa görə məhkəmə təxirə salınıb.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.