Putin "WikiLeaks"in məlumatlarını faciə saymır

Rusiyanın baş naziri Vladimir Putin WikiLeaks saytının ABŞ-ın diplomatik yazışmaları ilə bağlı yaydığı məxfi məlumatları faciə saymır.

O, bunu CNN televiziyasına müsahibəsində deyib.

Amma Putin bəzi sənədlər, xüsusilə də onun prezident Medvedevlə münasibətləri barədə məlumatlardan hiddətləndiyini bildirib.