Yeni tapılan mikrob həyat haqqında təsəvvürləri dəyişir

ABŞ alimlərinin Kaliforniya ştatında tapdıqları qeyri-adi bakteriya həyat haqqında indiyə qədərki təsəvvürləri dəyişə bilər. Bu bakteriya arsenik maddəsini qida kimi istifadə edə bilir.

Buna qədər həyatın əsas mənbəyi kimi altı element götürülürdü – karbon, hidrogen, nitrogen, oksigen, fosfor və kükürd. Amma indi tapılan bakteriya fosfor yerinə arsenikdən istifadə edə bilir.

Alimlər bu kəşfin Yerdə başqa tip canlıların, eləcə də başqa planetlərdə müxtəlif canlıların olması ehtimalını artıracağını düşünürlər.