Rusiya Katın qırğını ilə bağlı daha bir dəstə sənədi Polşaya verdi

Prezident Dmitri Medvedevin Varşavaya gələn həftəyə nəzərdə tutulan səfəri ərəfəsində Rusiya Katın qırğınına dair daha bir dəstə sənədi Polşaya verib.

Polşanın baş naziri Rusiyanın bu addımını alqışlayıb və sənədləri əziz xatirə kimi saxlayacaqlarını deyib.

1940-cı ildə Sovet İttifaqının gizli polisinin 20 000 Polşa zabiti və ziyalısını qətlə yetirməsinə dair mübahisə uzun illər iki ölkə arasında mübahisə mövzusu idi. Moskva son vaxtlara qədər bu qırğını faşist Almaniyasının törətdiyini iddia edirdi. Amma bu yaxınlarda Rusiya dövlət Duması qırğının o zamankı sovet diktatoru Stalinin əmri ilə törədilməsini qəbul edib.

Moskva bu qırğına dair ilkin sənədlər toplusunu bu ilin mayında Varşavaya vermişdi. Ondan bir ay əvvəl – aprel ayında isə həmin qırğının qurbanlarının xatirəsi üçün məraismə gedərkən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi qəzaya uğrayıb, prezident və xanımı da daxil olmaqla 100 nəfərə yaxın dövlət rəsmisi həlak olmuşdu.