Qəzaya uğramış zəvvarlar Azərbaycana qayıdıb

Həcc ziyarətindən qayıdarkən Türkiyənin Sivas şəhərində avtobus qəzasında yaralanmış 8 zəvvardan 6-sı bu gecə Azərbaycana qayıdıb. Yaralılar 1 saylı şəhər kliniki xəstəxanasına yerəlşdiriliblər. Onlardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə aparılıb.

Daha 2 zəvvar bir müddət Türkiyədə müalicələrini davam etdirəcəklər.

Bu il noyabrın 23-də Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarları gətirən avtobus Türkiyə ərazisində qəzaya uğramışdı.

Hadisə zamanı 5 zəvvar həlak olmuş, 29 nəfər isə yaralanmışdı.