İran uranı zənginləşdirməyə başlayıb

Əli Əkbər Salehi

İran öz istehsalı olan uran oksidinin zənginləşdirilməsinə başlayıb.

Bu barədə İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi məlumat verib.

Salehi bildirib ki, İran artıq nüvə proqramı üçün lazım olan uranı özü istehsal edə bilər.

Dekabrın 6-da Cenevrədə İranla ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin arasında görüş nəzərdə tutulub.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Rəsmi Tehran ittihamı rədd edir.