Dövlət Departamentinin Qafqaz üzrə rəhbəri Bakıdadır

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qafqaz ofisinin direktoru Etan Qoldriç Azərbaycanda səfərdədir. Bu barədə AzadlıqRadiosuna ABŞ səfirliyindən məlumat verilib.

Etan Qoldriç iki günlük Bakı səfərindən sonra Ermənistana və Gürcüstana gedəcək. Səfərin detalları barədə geniş məlumat verilmir.