Deputatlara mandat paylanacaq

Dekabrn 7-də yeni Milli Məclisin ikinci iclası keçiriləcək. İclasda parlament komitələrinin tərkibi müəyyənləşdiriləcək, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri və ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırılacaq.

Bugünkü iclasda deputatlara mandatları da təqdim olunacaq.