Alyaska ştatının keçmiş qubernatorunun saytına hücum olub

Alyaska ştatının keçmiş qubernatoru – Sara Peylinin saytı haker hücumuna məruz qalıb.

Bu barədə onun özü ABC televiziyasına məlumat verib. Və qeyd edib ki, hücumların arxasında «WikiLeaks» layihəsinin yaradıcısı – Culian Essanjın tərəfdarları dayanıb. «WikiLeaks»in bu günlərdə yaydığı məxfi məlumatlarda Peylinin fəaliyyəti kəskin şəkildə tənqid olunmuşdu.

Dünən Essanjın tərəfdarları «Mastercard» və «Visa» ödəmə sisteminin, və İsveçrənin «PostFinance» bankının saytlarını sıradan çıxarıb. Bu ödəmə sistemləri «WikiLeaks»in hesabına pul köçürməkdən imtina edib, bank isə Essanjın hesabını bağlayıb.