Gəmi batdı, 4 nəfər öldü

Antarktikada - Yeni Zelandiyadan təxminən 2 min kilometr cənubda Cənubi Koreyaya məxsus balıqçı gəmisi batıb.

4 nəfər həlak olub. 42 ekipaj üzvündən 18-i itkin düşüb. 20 dənizçini isə xilas etmək mümkün olub.

Ekipaj üzvləri arasında Cənubi Koreyanın 8, Çinin 8, İndoneziyanın 11, Filippinin 3, Rusiyanın isə 1 vətəndaşı olub.