Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Dekabrın 14-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Kəmərli kəndindəki təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçisi Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Praroy keçirəcəklər.