Prezident İlham Əliyevin dekabrın 13-də imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yeddi əməkdaşına general rütbəsi verilib. Nazirin müavinlərindən ikisinə general-leytenant, birinə tibbi xidmət general-leytenantı, Nazirliyin dörd yüksək vəzifəli şəxsinə isə general-mayor hərbi rütbəsi verilib.
Prezident həmçinin bu Nazirliyin dörd əməkdaşını 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 14 əməkdaşını “Hərbi xidmətlərə görə” medalı ilə, 20 əməkdaşını isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib.
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşına da “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının verilməsi haqqında sərəncam verib.