Prezidentin sərəncamı ilə jurnalistlərə tikiləcək evlər üçün Bibiheybət qəsəbəsində yeni yaşayış massivində 0.7 hektar torpaq sahəsi ayrılıb. Bu barədə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondunun icraçi direktoru Vüqar Səfərli ANSPRSS-ə məlumat verib. Onun bildirdiyinə görə artıq tikintiyə bütün icazələr alınıb. İndi Fond binaların layihəsini hazırlatdırır. Bu ərazidə jurnalistlər üçün hərəsi 16 mərtəbədən ibarət olan üç bina tikiləcək. bu binalrda hərəsi 2-3 otaqdan ibarət olan 100-120 mənzilin tikilməsi planlaşdırlır.
Vüqar Səfərli deyir ki, binaların tikintisinin bir ilə başa çatdırılmasını planlaşdırlar. Amma mənzillərin kimlərə və hansı meyarlarla veriləcəyi hələ məlum deyil. Vüqar Səfərli bildirib ki, tikinti getdiyi müddətdə jurnalistlərdən kimlərə mənzil veriləcəyi də aydınlaşdırlacaq.
İyulun 22-də Azərbaycan mətbuatının 135 illiyi münasibətilə prezident İlham Əliyev jurnalistlərə mənzillərin inşa olunması üçün büdcədən 5 milyon manat pul ayrılması barədə sərəncam verib. Həmin sərəncamı icra etmək də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondudur.
Dövlət başçısının sərəncamını hakimiyyət mediası jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addım kimi qiymətləndirsə də müstəqil mediada bunun «Jurnalistlərin peşə davranışı qaydaları»na zidd olması barədə tənqidlər də sələnir. Tənqidçilər bunun əvəzində Azərbaycanda medianın inkişafına əngəl olan süni maneələrin aradan qaldırılmasının daha vacib olduğunu deyirlər.