İsveç kütləvi tələfatdan qurtulub

İsveçin XİN Karl Bildt hesab edir ki, dekabrın 11-də kamikadze hücumu zamanı daha çox insan tələfatı ola bilərdi, əgər partlayıcı daha tez işə düşməsəydi.

Bildt BBC-ə müsahibəsində bildirib ki, hücumçunun hədəfi məlum olmasa da, kamikadze insanların sıx olduğu mərkəzə doğru irəliləyirmiş.

Bu zaman partlayıcı işə düşüb və təkcə özü ölüb.

Həmin şəxsin İraq əsilli İsveç vətəndaşı Tayomour Abdelvahab olduğu dəqiqləşib.

Abdelvahabın əvvəllər İsveç təhlükəsizliyi rəsmiləri tərəfindən potensial islamçı ekstremist kimi tanınmamasının araşdırlacağı planlaşdırılır. Daha bir məlumata görə isə Amerikanın Federal Təhlükəsizlik Agentliyinin ekspertləri baş verənləri araşdırmağa yardım etmək üçün İsveçə göndərilib.