Rusiya müxalifəti yeni partiya yaradır

Rusiyada dörd müxalifət lideri Xalq Azadlıq Partiyası adlı yeni siyasi təşkilat yaratdıqlarını elan ediblər. Onlar dekabrın 14-də bildiriblər ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovu da öz sıralarına dəvət ediblər.

Partiyanı tanınmış müxalifət liderləri Vladimir Rıjakov, Boris Nemtsov, Vladimir Milov və Mixail Kasyanov yaradıb.

RİA Novosti agentliyinin məlumatına görə yeni partiya gələn il keçiriləcək parlament seçkisində və 2012-ci ilin prezident seçkisində iştirak edəcək.