Berliskoni etimad səsverməsini uddu

İtaliyanın Baş naziri Silvo Berliskoni parlamentin hər iki palatasında ona etimadsızlıqla bağlı səsverməni uddu.

Dekabrın 14-də parlamentin aşağı palatasında keçirilən ikinci və həlledici səsvermədə Berliskoni 314 səslə qalib gəlib. Onun əleyhinə isə 311 deputat səs verib.

Berliskoni parlamentin aşağı palatasındakı müttəfiqlərini itirəndən sonra azlıqda qalmışdı. Ona görə də burada səsvermənin Berliskoninin siyasi taleyi üçün həlledici idi.

Günün əvvəlində Silvo Berliskoni parlamentin yuxarı palatasında da qalib gəlmişdi.
74 yaşlı Baş nazir Silvo Berliskoni son vaxtlar korrupsiya və qadın düşkünlüyü qalmaqalları ilə gündəmdən düşmürdü.

Bu gün Berliskoni əleydarlarının paytaxt Romada keçirdikləri etiraz aksiyasını dağıtmaq üçün polis göz yaşardan qazdan istifadə edib.