Azərbaycana gətirilən elmi avadanlıqlar əlavə dəyər vergisindən azad edildi

Azərbaycan hökuməti Milli Elmlər Akademiyasının sənədləri əsasında Azərbaycana gətirilən elmi cihzaların və avadanlıqların əlavə dəyər vergisindən azad olunması barədə qərar qəbul edib.

Nazirlər Kabinetinin dekabrın 13-də qəbul etdiyi bu qərar 2016-cı il yanvarın 1-dək qüvvədə olacaq.