Dindarların aksiyasında saxlanan iki nəfər buraxılıb

Masallıda dindarların aksiyası zamanı 2 nəfər saxlansa da, sonradan buraxılıb.

Bunu AzadlıqRadiosuna Masallı Rayon Polis Şöbəsindən deyiblər.

Özünü təqdim etməyən polis əməkdaşı hazırda dindarların məsciddə olduğunu, polislərin ərazidən çəkildiyini bildirib. O, polislərin məscidə giriş-çıxışı məhdudlaşdırması haqqında deyilənləri də təkzib edib.