Ombudsman haqqında qanuna dekabrın 21-də baxılacaq

Ombudsman haqqında qanuna əlavə və dəyişikliklərə dekabrın 21-də baxılacaq.

Bu barədə APA-ya MIlli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O, bildirib ki, Ali Məhkəməyə hakimin təyin edilməsi, Ombudsman haqqında qanununa əlavə və dəyişikliklər və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi də daxil olmaqla Milli Məclisin dekabrın 21-də keçiriləcək sesiyasına 19 məsələ salınıb.

Milli Məclisin sonuncu iclası dekabrın 7-də keçirilib.