Çıraq platformasında hasilat dayandırılıb

Xəzərin Azərbaycana aid sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Çıraq” platformasında neftin hasilatı dayandırılıb.

Bu barədə APA agentliyi “BP Azerbaijan” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir.

Mətbuat xidməti bunun profilaktik təmir işləri ilə bağlı olduğunu deyir.

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” layihəsində BP (operator - 34,1%), “Chevron” (10,2%), ARDNŞ (10%), “Inpex” (10%), “StatoilHydro” (8,6%), “ExxonMobil” (8%), TPAO (5,6%), “Devon Energy” (5,6%) və “Hess” (2,7%) şirkətləri iştirak edir.