Putin deyib ki, müxalifət hakimiyyətə gəlsə bütün Rusiyanı satacaq

Rusiyanın baş naziri Vladimir Putin hesab edir ki, müxalifət pul və hakimiyyət istəyir.

O, dekabrın 16-da televiziya ilə xalqa müraciətində qeyd edib ki, sistemsiz müxalifət hakimiyyətə gəlsə bütün Rusiyanı satacaq.

Müxalifətdə olan siyasətçilər Boris Nemtsov, Vladimir Rıjkov və Vladimir Milovu yada salan Putin onları 90-cə illərdə dövlət xəzinəsini oğurlamaqda ittiham edib.