Yaponiya diqqəti Çinin inkişafına yönəltməyi lazım bilir

Yaponiya özünün müdafiə prioritetlərinə yenidən nəzər keçirib. Dekabrın 17-də Tokyodan elan olunan əsas müdafiə təlimatında qeyd edilir ki, Yaponiya bundan sonra əsas diqqəti Çinin getdikcə inkişafına yönəldəcək. Çünki artıq Rusiyadan gələn Soyuq Müharibə təhlükəsi zamanı keçib.

Təlimatda həmçinin Yaponiyanın ən böyük müttəfiqi olan ABŞ-la əlaqələri gücləndirmək, regionda Cənubi Koreya və Avstraliya kimi tərəfdaşlarla əməkdaşlığı artırmaq lazım gəldiyi bildirilir.